Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşları üçün südün satın alması və Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus elektrik çəngəlağız yükqaldıran avadanlıqlara (stekkerlərə) texniki qulluqla (servislə) bağlı xidmətin satın alınması ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar Komissiyasının 10 yanvar 2019-cu il tarixli qərarına əsasən 1-ci məsələ üzrə “Atena” MMC, 2-ci məsələ üzrə isə “AzEquip” MMC qalib elan edilib.
FED.az xəbər verir ki, qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.