Azərbaycan Respublikasının Mərkəzi Bankı bir neçə lot üzrə açıq tender elan edib.
Tender Komisyasının məlumatına görə, aşağıdakı lotlar üzrə tenderin keçirlməsi planlaşdırılır.
Lot 1: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satınalınması;
Lot 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin və müvafiq sahəyə uyğun zəruri iş və mal-materialların satınalınması;
Lot 3: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin və elektrik mallarının satınalınması;
Lot 4: Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasında quraşdırılmış Avtomatlaşdırılmış Telefon Stansiyası OpenScape Business üçün İP telefon aparatlarının və zəruri modulların satınalınması;
Lot 5: Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satınalınması.
Tender proseduru 12 mart 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün ərizə (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 30 aprel 2018 –ci il tarixinədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
– son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 09 mart 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 fevral 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 50 (əlli) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı,
Kod 501004, VÖEN 9900071001,
Hesab: AZ25NABZ01701190000000001944,
Müxbir hesab AZ74NABZ01451700000000001944,
S.W.I.F.T. BİK NABZAZ2C
5. Satınalmaya başlanma vaxtı:
Lot 1: 01.10.2018-ci il tarixindən;
Lot 2: Texniki xidmət 17.04.2018-ci il tarixindən, digər iş və mal-materialların satınalınması tenderin Əsas şərtlər toplusuna uyğun olaraq;
Lot 3: Texniki xidmət 01.07.2018-ci il tarixindən, digər elektrik mallarının alınması satınalma müqaviləsi imzalandığı gündən;
Lot 4: satınalma müqaviləsi imzalandığı gündən;
Lot 5: 02.05.2018-ci il tarixindən.
6. Malların təchizatı və işlərin görülməsi müddəti:
Lot 1, Lot 3 və Lot 5: dövri olaraq 1 il müddətində;
Lot 2: Texniki xidmət dövri olaraq 1 il müddətində, digər iş və mal-materialların satınalınması tenderin Əsas şərtlər toplusuna uyğun olaraq;
Lot 4: satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.
7. Qiymətləndirmə meyarları:
Lot 1, Lot 2 və Lot 3: qiymət və texniki amillər (iş təcrübəsi, insan və texniki qaynaqlar);
Lot 4: qiymət amili və iş təcrübəsi;
Lot 5: qiymət və texniki amillər (maddi texniki baza, əməkdaşların peşəkarlığı, korporativ müştərilərə xidmət (oxşar işlər üzrə korporativ müştərilərin sayı).
8. Tenderdə iştirak etmək istəyən İddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs:
Elvin Şirdanov (Hüquq departamenti), telefon: 493-11-22 (dax.tel:428)
Ceyhun Səməndov (İnzibati departament), telefon: 493-11-22 (dax.tel: 599).