Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı açıq tenderi ləğv edib.
Son bir ildə 79 milyon manatlıq tender udan - AZƏRBAYCAN ŞİRKƏTİ - «TENDER ÇEMPİONU»
FED.az Banker.az-a istinadən xəbər verer ki, AMB bu tenderi 22 aprel 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında və Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində elan etmişdi.
Mərkəzi Bankın Tender komissiyası tenderi 18 may 2022-ci il tarixli qrarı ilə ləğv etməkdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsas gəitərək ləğv edib.
Qeyd edək ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.