Mərkəzi Bank "Mərkəzi Bankda istifadə olunan informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidmətinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "B and B Security Alliance Limited" MMC şirkətidir.
Qalib şirkətə 1 247 207 manat ödəniləcək.
"B and B Security Alliance Limited" MMC daha öncə Dövlət Xəzinədarlığı Agentliyinin 2 406 206 manat dəyərindəki "“İnformasiya təhlükəsizliyinin təmin edilməsi və İT infrastrukturunun dəstəklənməsi üzrə iş və xidmətlər”in satın alması" tenderinin qalibi seçilib (14.10.2022).