Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər Nümayəndiliyi Mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 8400081801
Satınalan təşkilatın ünvanı: AZ 5600, Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27
Müsabiqənin başlama tarixi və vaxtı:08.08.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:v28.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:05.09.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı:06.09.2023 11:00
Çatdırılma yeri - Şamaxı rayon ərazisi
Çatdırılma müddəti - 2 (iki) ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı və Audit rəyi
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Məhkumluq haqqında arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün İddiaçının son 3 (üç) il ərzində müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İcraçı işlərin yerinə yetirilməsinə dair tələb olunan müvafiq sertifikatlara malik olmalıdır: AZS İSO 9001:2020, AZS İSO 14000:2021, AZS İSO 45001:2021 sertifikartları
İcraçı işlərin yerinə yetirilməsinə dair tələb olunan müvafiq lisenziyalara malik olmalıdır: “Tikintisinə icazə tələb olunan binə və qurğuların tikinti-quraşdırma işlərini həyata keçritmək üçün lisenziya”
İxtisas göstəriciləri:
Baş podratçı kimi analoji işlərə dair son 3 ildə bağlanmış müqavilələr barədə məlumat
Maliyyə imkanları
Maddi-texniki bazası barədə məlumatlar- Ekskavator : Çalovunun tutumu 0,50,65 m3 - 1 ədəd, Yükləyici - 1 ədəd, Yük avtomobili - 1 ədəd
İddiaçı aşağıda qeyd olunan işçi heyətinə malik olmalıdır: • Mühəndis – minimum 2 il təcrübə : 2 nəfər (Tikinti sahəsi üzrə) • Təhlükəsizlik mühəndisi (SƏTƏM) – minimum 2 il təcrübə : 1 nəfər • İş icraçısı – minimum 3 il təcrübə : 2 nəfər • Briqadir – minimum 1 il təcrübə: 3 nəfər • Fəhlə - minimum 1 il təcrübə: 3 nəfər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Yusif Baloğlanov, Baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: (+994 20) 265 33 46; +994 50 551 62 34