Azərbaycan Memarlıq və İnşaat Universiteti “Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 və 3 saylı tədris binalarının və universitetin həyətində 0.4 kV-lıq elektrik xəttinin cari təmiri” işləri üzrə tender elan edir.
Azərxalça tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə tender təkliflərini elektron qaydada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
Aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərində təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarna malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) AZN məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas Şərtlər toplusunu elektron portaldan(etender.gov.az) əldə edə (əlaqələndirici şəxs: V.R.Ələkbərovdan, Telefon: 538-75-07) bilərlər.
İştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Ünvan: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi 11
VÖEN:1300430721
H/h: AZ36AİİB33070019443307889103
Kapital Bank Yasamal filialı
KOD - 200037, VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T.AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün elektron müraciət;
-tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
-son 1 (bir) il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son 1(bir) il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender proseduru “Dövlət Satınalmaları haqqında” Qanunauyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 sentyabr 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini 24 sentyabr 2021-ci il saat 15:00-a qədər elektron portala (etender.gov.az) təqdim etməlidirlər.
İddiaçıların təklifləri 27sentyabr 2021-ci il saat 15:00-da elektron qaydada (etender.gov.az) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.