Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə “Azərbaycan Memarlıq və İnşaat Universitetində sair torpaq tikili və avadanlıqlar, (inventarların alınması)” işləri üzrə satınalınmasını həyata keçirir.
Milli Arxiv İdarəsi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, satınalmada iştirak etmək istəyənlər 24 iyun 2021-ci il tarixdə saat 15:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender Komissiyasına müraciət edə bilərlər.
Təkliflər 25 iyun 2021-ci il tarixdə saat 15:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında Tender Komissiyasında açılacaq.
İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.
Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.
Əlaqə telefonu: 538-75-07.
Əlaqələndirici şəxs: Vasif Ələkbərov.