Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi (Viravulçay çayı) üzrə açıq tender elan edib.
Eləcə də bax: "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" auditor - SEÇİR
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı – 1 min manatdır.
Şirkətlərdən tender təkliflərinin qəbulu 1 iyun 2022-ci ilə qədər həyata keçirilir. Tender proseduru iyunun 2-də baş tutacaq.
Podratçı tərəfindən işlərin icrasının müddəti – 23 aydır. (İnteffaks-Azərbaycan)