«Meliorasiya və su təsərrüfatı» ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Əlicançay su anbarının xidmət sahəsinin (magistral və paylayıcı kanalların, meliorativ tədbirlərin) layihə sənədlərinin hazırlanması” işlərinin satın alınması üçün açıq tender elan edıb.
Viləşçay Su Anbarı İstimar İdarəsi - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, satınalma predimeti “Əlican¬çay su anbarının xidmət sahəsinin (ma¬gistral və paylayıcı kanalların, meliorativ tədbirlərin) layihə sənədlərinin hazırlan¬ması”dır.
Ünvanı – Şəki və Qax rayonlarının in¬zibati ərazisi.
İşlərin qısa təsviri – Ümumi su tutumu 108 milyon kub metr, faydalı həcmi 100 milyon kub metrdır. Əlicançay su anba¬rına yığılan su ilə Şəki və Qax rayonları¬nın ərazilərində yaradılacaq Aqroparka məxsus ümumi sahəsi 40706 hektar, suvarma netto sahəsi 36635 hektar olan ərazidə mütərəqqi suvarma texnikası və texnologiyaları tətbiq edilməklə qoz, ba¬dam, fındıq və zeytun bağları suvarma suyu ilə təmin ediləcəkdir. Texniki-iqtisadi əsaslandırmada layihə ərazisinin 15500 hektar torpaqlarının meliorativ vəziyyəti¬nin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi ilə zərərli duzlardan yuyulması, Acınohur gölündə mühafizə tədbirləri, eləcə də Şəki rayonunun 12 ya¬şayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edilməsi və suyun əkin sahələrinə basqılı öz axımlı qapalı şəbəkə ilə verilməsi üçün sərf öl¬çən cihazlar və SCADA idarəetmə sistemi nəzərə alınmaqla layihə-smeta sənədləri¬nin hazırlanması.
İşlərin yerinə yetirilmə müddəti 18 ay¬dır.
Tender təkliflərinin qiymətləndirməsi meyarları:
Texniki təklif – 10 bal, o cümlədən id¬diaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda, bu meyar üzrə müəyyən olunmuş maksimal 10 balla qiymətləndi¬riləcəkdir. Əgər iddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifi¬nin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq (30 – X) / 30x10 X – tender təklifində iddiaçı tərəfin¬dən tələb olunan avans ödənişinin müqa¬vilə qiymətinə nisbətdə faizi.
Ən az qiymət təklifi – 90 baldır.
Müqaviləni yerinə yetirmək üçün ten¬der iştirakçıları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla yanaşı, iddiaçı son 10 (on) il ərzində baş podratçı (əsas layihəçi) kimi ən azı 2 oxşar iş görmə təc¬rübəsinə malik olmaqla bərabər cəmi 40 min hektardan az olmamaq şərtilə melio¬rasiya və irriqasiya şəbəkələrinin yenidən qurulması və tikintisi üçün işçi layihənin tərtib olunmasını əhatə etməlidir (təh¬vil-təslim aktları və işbitirmə sənədləri təq¬dim etməlidirlər).
İştirak haqqı 2500 (iki min beş yüz) manatdır. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar elektron portal vasitəsilə müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Əlaqələndirici şəxs – Qulam Şamil oğlu Aslanov, e-mail: tomio¬[email protected], əlaqə nömrəsi – (012) 431 08 64.
Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
VÖEN – 1300300711
H/h- AZ 10 IBAZ 380700194497 16100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944
Kod- 805562
VÖEN- 9900001881
SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Tender təklifi təkliflərinin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir).
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə. (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
7. Rekvizitlər. (iddiaçının, bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
(DİN və ya “Asan xidmət” tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq olunmuş surətinin PDF formatında yerləşdirilməsi zəruridir).
Sənədin verilmə tarixi elan verilmiş aydan etibarən olmalıdır (ay ,il).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. (vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq olunmuş surətinin PDF formatında yerləşdirilməsi zəruridir).
10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması.
İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplusunun 3-cü və “əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat əsas şərtlər toplusunun 8-ci və standart formalar” bölməsinin 7-ci “podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır.
İddiaçıların adları qeyd edilən işçi qüvvəsi haqqında əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir.
- Layihənin baş mühəndisi haqqında – layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (ümumi izahat kitabında titul vərəqində və layihə cizgilərində künc ştampında) adı və imzası olan sənədin surəti.
- Topoqraf haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti.
- Hidroloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti.
- Mühəndis-hidrogeoloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (mühəndis-geologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti.
- Ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəssis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən tədtiqedici sənəddə (ekologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti.
- İqtisadçı-maliyyəçi (smeta üzrə mütəxəssis) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (tikintinin toplu smetası bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti.
- Meliorasiya qurğularının planlaşdırılması və layihələndirilməsi üzrə mühəndis (TTL) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (tikintinin təşkili layihəsi bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;
- Nasos stansiyaları və mexaniki avadanlıqlar üzrə mühəndis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (nasos stansiyaları və mexaniki avadanlıqlar bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti.
- Elektrik mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti.
- Avtomatika mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti.
- İnşaat mühəndisi (konstruktor) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təsdiqedici sənəddə (konstruksiya bölməsi üzrə vərəqin künc ştampında) adı və imzası olan sənədin surəti.
(iddiaçı tərəfindən təqdim edilməlidir).
11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalı sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir ).
Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir” (gün, ay və il).
12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıdakı 3 və 13-cü sıralarda göstərilən sənədləri 19 aprel 2023-cü il saat 17.00-a (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçılar tender təklifi və bank təminatını isə 27 aprel 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 28 aprel 2023-cü il saat 15.00-da açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.