Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi məktəb tenderi ləğv edilib.
Eləcə də bax: Dövlət qurumunun tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin 1-ci Mədən küçəsində 1200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması tenderi “Dövlət satınalmaları haqqında” Qanunun 11.2 və 37.3 maddələrinə əsasən ləğv edilib.
Qeyd edək ki, 11.2 və 37.3-cü maddələrdə aşağıdakı qanunlar nəzərdə tutulub.
11.2-ci maddəyə, əsasən, iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda, tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda satınalan təşkilat satınalmanı ləğv edə bilər.
37.3-cü maddəyə, əsasən, Tender komissiyası tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi, təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması, heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi və tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında qərar qəbul edə bilər.