Təhsilin İnkişafi Fondu respublika ərazisində məktəb binalarının təmiri və tikintisi ilə bağlı 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi olan şirkətlərlə toplamda 16 671 759 manat dəyərində müqavilələr imzalanıb.
Qurumun 2 tenderini “RRM Təmir-Tikinti” QSC şirkəti udub. Adı çəkilən şirkətin udduğu tenderlərin dəyəri 6 521 535 manat təşkil edir.
Qeyd edək ki, “RRM Təmir-Tikinti” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Hümmətov Zahid oğludur. Hüquqi ünvanı Z1122, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov, ev 2B, m. 61 ünvanında yerləşir.
“Azinvest İnşaat” QSC və “Meqaplus” firması qurumun elan etdiyi tenderlərdən cəmi 1 tenderin qalibi olublar. Müvafiq olaraq “Azinvest İnşaat” QSC şirkəti 5 850 123 manatlıq, “Meqaplus” firması isə 4 300 101 manatlıq tenderin qalibi olub.
Qeyd edək ki, “Azinvest İnşaat” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Seyidməmmədov Tofiq oğludur. Hüquqi ünvanı AZ1003, Bakı Şəhəri Səbail Rayonu, Gülbala Əliyev, ev 9 ünvanında yerləşir.
Qeyd edək ki, “Meqaplus” firması 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abuzər Seyidov Bəkir oğludur. Hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, məh 3, ev 6/21, m. 14 ünvanında yerləşir.
Qalib şirkətlər, satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyən olunub :
Satınalma predmeti |
Qalib Şirkət |
Məbləğ |
Bakı şəhəri, Suraxanı rayonu 141 nömrəli 940 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və yararsız korpusun sökülərək yerində 720 şagird yerlik əlavə korpusun tikintisi işlərinin satınalınması |
“Azinvest İnşaat” QSC |
5 850 123 AZN |
Abşeron rayonu Novxanı kəndi, M.Hüseynzadə adına 1 saylı orta məktəb binasının əsaslı təmiri və 400 şagird yerlik əlavə korpusun tikintisi işlərinin satınalınması |
“RRM Təmir-Tikinti” QSC |
4 471 987 AZN |
Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisi işlərinin satınalınması |
“Meqaplus” firması |
4 300 101 AZN |
Kürdəmir rayonu, Axtacı kənd tam orta məktəbin sökülərək yerində 264 şagird yerlik yeni binanın tikintisi işlərinin satınalınması |
“RRM Təmir-Tikinti” QSC |
2 049 548 AZN |