Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş tender ləğv edilib.
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
FED.az xəbər verir ki, tender Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirilirdi.
Tenderin ehtimal olunan qiyməti 182.807,53 AZN təşkil edirdi. Müsabiqənin dərc olunma tarixi 5 iyun 2025-ci il, saat 15:24, təkliflərin son qəbul tarixi isə 2 iyul 2025-ci il, saat 17:00 idi.
Lakin texniki səhvlə bağlı olaraq tender ləğv edilib. Rəsmi məlumatda qeyd olunur ki, qalib təchizatçını “Dövlət satınalmaları haqqında” Qanunun 33.10-cu maddəsinə əsasən seçmək mümkün olmadığından, müsabiqə 36.1.3-cü bəndə uyğun şəkildə dayandırılıb.