Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi mebel və digər təsərrüfat inventarlarının satın alınması məqsədilə açıq tender elan edir.
Bakı Konqres Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik fiziki şəxlər, mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan-lara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi zamanı aşağı qiymət, təcrübə və xidmətin ən qısa vaxtda təhvil verilməsi meyarlarına üstünlük veriləcəkdir:
İştirak haqqı 500 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərən (podratçı) iştirak haqqının ödənilməsini təsdiqləyən bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən inzibati binasından götürə bilər.
İştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
B-1. Benefisiar bank
Adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BIK: CTREAZ22
B-2. Vəsaiti alan
Adı- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
H/h- AZ78CTRE00000000000005547602
VÖEN- 1001667391
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142330
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (asan ödəniş);
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid əsas şərtlər toplusunda qeyd edilən məlumatlar;
- tender təklifi (təkliflər açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti və məcburi dövlət sosial sığorta üzrə hesabat.
Göstərilən sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Təklifin qiyməti bütün vergi, nəqliyyat və sığorta xərcləri daxil edilərək manatla hesablanıb ifadə edilməldir.
İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri elektron portal vasitəsilə 9 iyul 2021-ci il yerli vaxtla saat 11.00-a qədər təqdim etməlidirlər. Təkliflərin son təqdimatı vaxtı 19 iyul 2021 -ci il yerli vaxtla saat 17.00 -a qədərdir.
İddiaçıların təklifləri 22 iyul 2021-ci il saat 11.00-da portal vasitəsi ilə açılacaqdır.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.