Medianın İnkişafı Agentliyi elan etdiyi 4 tenderin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, 25380 manatlıq Azərbaycanın dövlətçilik tarixinin, elm və mədəniyyətinin media vasitəsilə təbliğinin təşviqi məqsədilə səfər proqramının təşkili üzrə tenderin qalibi "HQ GROUP" MMC olub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətinin və onun tanıtımının təşkili məqsədilə müvafiq məhsulların satınalınması üzrə 8248 manatlıq tenderin qalibi "ASREKLAM" MMC - dir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin inzibati binasında yanğın təhlükəsizliyinin təmin ilə bağlı xidmətlərin satınalınması üzrə 2142 manatlıq tenderin qalibi "Smart Security" MMC olub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin inzibati binasında bayraqdan istifadənin təmin edilməsi məqsədilə zəruri məhsulların satınalınması üzrə 3940 manatlıq tenderin qalibi "Azbayraq" MMC olub.