Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsi cari təmir işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 83908 manatlıq tenderin qalibi "KONEKS Construction" MMC olub.
Qeyd edək ki, tender əsasında sanitar qovşağda qal.20sm daş divarın sökülməsi, güzgünün sökülməsi, elektrik naqillərin sökülməsi, divarın penoplast ilə izolyasia edilməsi, divar üzlük üçün metal profillərdən karkasın düzəldilməsi, parketdən döşəmənin quraşdırılması və s. işlər görüləcək.