Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il ərzində keçirilməsi nəzərdə tutulan bütün tədbirlər və təbriklər üçün istifadə olunacaq gül və əklillərin satınalınması ilə əlaqədar açıq tender elan edir.
Maliyyə Nazirliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumat əldə edə bilərlər.
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
İştirak haqqı:
Lot 1 - 100 (yüz) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
VÖEN: 1700015381
Hesab: AZ78CTRE00000000000002178501
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu : 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir; 01.04.2021-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir;
- Qeydiyyatdan keçdiyi ölkə. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir;
- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Əgər təsdiq edilibsə 2020-ci il üzrə, əks halda 2019-cu il üzrə);
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- iddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- maliyyə vəziyyəti haqqında bank arayışı. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. 01.04.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- renderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;
- mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat. Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;
- nizamnamə. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.06.2021-ci il saat 10:00-dək, tender təklifi və bank təminatını isə 08.07.2021-ci il saat 10:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 09.07.2021-ci il saat 10:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. İddiaçılar tender ilə bağlı sualları vahid internet Portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Əlaqələndirici şəxs: İlkin Heydərov-aparıcı məsləhətçi, [email protected],
Tel.: 012 598-04-67
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.