Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti (VÖEN – 1500325661) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınmasıdır. Ehtimal olunan qiymət 431 min 179 manat 8 qəpik təşkil edir.
Tender 23 dekabr 2025-ci il, saat 15:30-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 yanvar 2026-cı il, saat 16:00, zərflərin açılışı isə həmin tarixdə, saat 16:00-da keçiriləcək.
İştirak haqqı 350 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Əliyeva Sehranə - Mütəxəssis
[email protected]
+994 12 431 47 45
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 yanvar 2026-cı il, saat 16:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 ünvanına təqdim edə bilərlər.











