Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Laçın rayonunun Zabux yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994124318703
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 09.06.2023 16:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 24.06.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.