Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şəmkir rayonu ərazisində müvəqqəti məskunlaşmış 375 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi işlərinin satınalması barədə açıq tender elan edir.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149s №-li Sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilmiş və “Dövlət Proqramı”na edilmiş əlavələrə əsasən Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədi ilə qəsəbələrin, çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin layihələndirilməsi və onların tikintisi ilə bağlı işlərin həyata keçirilməsi MKSİF-ə həvalə olunmuşdur.
MKSİF yuxarıda göstərilən layihələndirmə işləri üzrə iştirak hüququ olan iddiaçıları möhürlənmiş zərflərdə tender təklifləri təqdim etməyə dəvət edir.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Tbilisi prospekti 57D, (MKSİF) ünvanından, tel.: (+99421) 4318703, 4318769) ala bilərlər.
İştirak haqqı: 150 (yüz əlli) manat
Təşkilat: “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”
VÖEN-i: 1400305341
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN (bank): 1401555071
Hesab nömrəsi: AZ29CTRE00000000000005728225
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Kod: 210005
S.W.İ.F.T.: CTRE AZ 22
Təsnifat kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində bank qarantiyası (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
- tender iştirakçılarının (iddiaçıların) son iki ildə yerinə yetirdikləri analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır;
- iddiaçının müvafiq layihə işlərinin görülməsinə olan xüsusi icazə (lisenziya) sənədinin surəti;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanununa uyğun keçirələcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank qarantiyası istisna olmaqla) 20 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 iyun 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Tbilisi prospekti 57D (MKSİF) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 4 iyun 2019-cu il tarixdə, saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Məcburi köçkünlər üçün yeni yaşayış yeri tikiləcək - TENDER
11:31
20 Aprel 2019