Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.
Eləcə də bax: Məcburi Köçkünlər Fondundan - BÖYÜK MÜQAVİLƏLƏR
FED.az xəbər verir ki, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri “Proqress” sənaye-istehsalat şirkəti və “Bakinşaat Group” MMC seçilib. Martın 13-də bu şirkətlərlə ümumi dəyəri 10 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.
Müqavilələrə əsasən “Proqress” şirkəti tərəfindən Abşeron rayonu ərazisində 3780 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 54 mənzildən ibarət iki 9 mərtəbəli yaşayış binaları inşa ediləcək.
“Bakinşaat Group” tərəfindən isə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçası inşa olunacaq.
Apa