Maliyyə Nazirliyinin bir sıra mövcud lisenziyaların illik lisenziya müddətlərinin uzadılması və onların mövcud sistemə quraşdırılması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Mingəçevir və Şəkidə mənzil təmiri ilə bağlı tenderlər ləğv edildi - DETALLAR
FED.az xəbər verir ki, satınalma müsabiqəsinin ləğv edilməsinə səbəb təklif verən və tələb olunan lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Bu, Azərbaycan Respublikasının satınalmalar haqqında qanunvericiliyinin 36.1.1-ci maddəsinə uyğun olaraq tenderin davam etdirilməsini mümkünsüz edib.
Nazirliyin elan etdiyi müsabiqənin ehtimal olunan qiyməti 183.030,98 AZN təşkil edirdi. Müsabiqə 15 fevral 2025-ci il, saat 16:06-da dərc olunmuş, təkliflərin qəbulu 11 mart 2025-ci il saat 09:30-da başa çatmışdı. Həmin vaxtda həmçinin tender zərflərinin açılması da nəzərdə tutulmuşdu. Lakin müsabiqədə iştirak etmək üçün kifayət qədər təchizatçı olmadığı üçün təkliflərin qiymətləndirilməsi mərhələsinə keçid edilmədən tender ləğv olunub.