Maliyyə Nazirliyi "İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi (İCMAL) sistemi üçün alınacaq texniki avadanlıqların və həmin sistemin proqram təminatının (bir illik) proaktiv monitorinqinin həyata keçirilməsi üçün yaradılacaq sisteminin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "İnfinitech" MMC (VÖEN: 1300226131) seçilib.
Şirkətlə 685 916 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"İnfinitech" MMC daha öncə də Maliyyə Nazirliyinin 1 027 466 manat dəyərindəki "Maliyyə Nazirliyinin video-müşahidə sistemlərinin işləkliyini təmin edən avadanlıqların, elektron poçt sistemi lisenziyalarının, həmçinin bir sıra yeni zəruri avadanlıq və lisenziyaların satın alınması" tenderinin qalibi seçilib (12.06.2023).
Xatırladaq ki, "İnfinitech" MMC 22.03.2002 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 250 020 manatdır. Qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı Az1002, Bakı Şəhəri Nizami Rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir