Maliyyə Nazirliyi inzibati binanın çardağında yanar hissələrin yanmayan maye ilə hopdurulması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400108191
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səməd Vurğun 135
Müsabiqənin başlama tarixi və vaxtı: 04.09.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.09.2023 11:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:02.10.2023 11:30
Zərflərin açılış tarixi və vaxtı: 03.10.2023 11:30
Ödəniş şərtləri - İşlər tam başa çatdıqdan sonra işlərin görülməsi barədə akt, hesab faktura və elektron qaimə əsasında ödənilir.
Çatdırılma yeri - Səməd Vurğun küçəsi 135
Çatdırılma müddəti - Satın alınan iş və xidmətlər tərəflər arasında müqavilə imzalandıqdan sonra 30 təqvim günü ərzində yerinə yetirilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərənin son 1 ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə informasiyası
İxtisaslaşma məlumatları
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Müşfiq Səttarzadə, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 404 47 44
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq işlər yerinə yetirilməlidir. 2700 m2