Maliyyə Nazirliyi Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin yüksək poliqrafik səviyyədə hazırlanması üçün şirkət seçir.
FED.az xəbər verir ki, Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Qalib Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün ayrı-ayrılıqda 150 min ədəd icazə vəsiqəsi hazırlamalıdır.
Tenderdə iştirak haqqı - 500 manatdır.
Tenderdə müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin beynəlxalq standartlara uyğun hazırlanması sahəsində təcrübəyə, peşəkarlığa, lazımi maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 12 iyul saat 11:00-dək qəbul olunur. Tender proseduru 13 iyul saat 11:00-da baş tutacaq.
Telefon: (+99412) 404-46-94. Əlaqələndirici şəxs: Aydın İsayev.