Maliyyə Nazirliyi "Nazirliyin İKT infrastrukturunun dayanıqlılığıının və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə servis xidmətinin (texniki dəstək) satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə fevral ayının 16-da başlayır.Tələb olunan sənədlər martın 9-dək, təkliflər isə martın 17-dək təqdim edilməlidir. Zərflər mart ayının 27-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1400108191
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səməd Vurğun 135
Çatdırılma yeri: Səməd Vurğun küçəsi 135
Çatdırılma müddəti: müqavilə imzalandıqdan sonra cari il ərzində