Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlarının tibbi sığortası üzrə açıq tender elan edib. Palatanın məlumatına görə, tenderdə iştirak haqqı 400 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 29-na qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşı Ələmqulu Quliyev (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]) və İnsan resursları idarəsinin əməkdaşı İlhamə Rüstəmlidir (tel.: (012) 493 50 58, daxili 237; e-poçt: [email protected]).
Təkliflərə yanvarın 8-də qeyd olunan ünvanda baxılacaq. Seçim zamanı sığorta şirkətinin maliyyə vəziyyəti, xidmətlər paketi üzrə sığorta şərtləri nəzərə alınacaq.
Sığorta xidməti yanvarın 20-dən başlayaraq 1 il müddətində göstərilməlidir.