“LUKOIL-Azerbaijan” QSC baş ofisdə, eləcə də Bakı şəhəri və bölgələrdə yerləşən 5 yanacaqdoldurma məntəqəsində təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podratçı seçir. Bu barədə şirkətin elanında deyilir.
FED.az xəbər verir ki, tender iki mərhələdə keçirilir.
Görüləcək işlərin həcminə “LUKOIL-Azerbaijan” QSC-nin baş ofisində, eləcə də Bakı şəhərində 5 və 10 saylı, Abşeron rayonunda 32 və 3 saylı, Xaçmaz şəhərində isə 29 saylı YDM-də təmir-tikinti işlərinin həyata keçirilməsi daxildir.
Tenderdə iştirak etmək üçün müraciətlərin təqdim edilmə müddəti 12 aprel saat 18:00-a qədər, tender təkliflərinin təqdim edilmə müddəti 29 aprel saat 18:00-a qədərdir. Tender proseduru 2 may saat 11:00-da baş tutacaq.
Qaliblə tender sövdələşmələrinin başa çatdığı andan etibarən 20 təqvim günü ərzində müqavilə bağlanacaq. Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada - vəsaitin icraçının hesabına köçürülməsi yolu ilə həyata keçiriləcək. Tender iştirakçıları qeyd olunan işləri və müqavilənin şərtlərini yerinə yetirmək üçün texniki imkanlara və lazımi sənədlərə malik olmalıdır.
Telefon: (012) 497-41-38, əlaqələndirici şəxs – L.Mikayılova
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.