“Bakı Taksi Xidməti” MMC –nin “London Taksi TX4” markalı vasitələrinə növbəti texniki xidmətin və təmir işlərinin göstərilməsi ilə əlaqədar akkumulyatorların və avtomobil şinlərinin satınalınmasına dair açıq tender keçirir.
FED.az xəbər verir ki, lot 1 akkumlytaorların satınalınması, lot 2 isə şinlərin satınalınmasıdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər.
Satınalma müqaviləsinin bağlama səlahiyyəti olmalı.
Maliyyə vəziyyəti qənaətbəxş olmalı.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş müvafiq sahədə peşəkar və təcrübəli olmalıdır.
Texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalıdır.
Vergilər və digər icbari anoloji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tenderdə iştirak etmək istəyənlər 4 oktyabr 17:00 tarixinə kimi lazımi sənədləri təqdim etməlidir.