"DOST İş Mərkəzi" lisenziyaların və proqram paketinin alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305835261
Satınalan təşkilatın ünvanı: AZ1100 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 27
Müsabiqənin başlama tarixi və vaxtı: 28.07.2023 20:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.08.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.08.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 29.08.2023 09:00
Ödəniş şərtləri - 29.1. Müqavilədə nəzərdə tutulan vəsaitin 30%-ə qədər hissəsi avans şəklində ödənilə bilər (avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır). 29.2. İcraçı avansı müqavilə üzrə müəyyən malların göndərilməsi görülməsi üçün sərf edə bilər. İcraçı avansın məhz bu məqsədlərə istifadə olunduğunu hesab-faktura və s. sənədlərin surətlərini Sifarişçiyə təqdim etməklə sübut etməlidir. 29.3. Malgöndərən (podratçı) avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Satınalan təşkilat bu cür sorğuya 1 bank günü müddətində cavab verir. 29.4. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 29.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.
Çatdırılma yeri -AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27
Çatdırılma müddəti - Mallarının son çatdırılma müddəti –15.11.2023-cü il. Müqavilə imzalandığı gündən malların azı 30% 30 təqvim günü müddətində təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir)
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir) (2022-ci il üzrə)
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı ödəmə qabiliyyəti olması; Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fuad Əliyev, Baş mütəxəssis (satınalmalar üzrə)
Email: [email protected]
Əlaqə telefonu: 050-220-64-47
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
1C proqram təminatı üçün lisenziya |
1C proqram təminatı üçün istifadəçi lisenziyaların alınması (müddətsiz) |
70 |
ədəd |
2 |
MS office 365 lisenziya |
Microsoft 365 Apps for business |
100 |
ədəd |
3 |
Creative Cloud All Apps proqram paketi |
Video və şəkillərin montaj və qrafik- dizayn işləri üçün proqram |
2 |
ədəd |