Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC "Lisenziya və sertifikatların satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "İnfinitech" MMC (VÖEN: 1300226131) seçilib.
Qalib şirkətlə 120 068 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"İnfinitech" MMC daha öncə Dövlət Xəzinədarlığı Agentliyinin 2 203 532 manat dəyərindəki "İKT avadanlıqlarının alınması tenderinin qalibi seçilib (02.05.2023).
Xatırladaq ki, "İnfinitech" MMC 22.03.2002 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 250 020 manatdır. Qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı Az1002, Bakı Şəhəri Nizami Rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir