Lerik Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender ləğv olunub.
Kürdəmirin abadlaşması üçün - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tender Lerik rayonunun avtomobil yollarının əsaslı təmiri işlərinin layihələndirilməsi xidmətlərinin satın alınması ilə bağlı idi.
Satınalmalar üzrə elektron portalda yerləşdirilən məlumata əsasən, tenderin ləğv edilməsinə səbəb kimi təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması göstərilib. Bu, ləğvedilmə "Dövlət satınalmaları haqqında" qanunun 36.1.2-ci maddəsinə əsasən həyata keçirilib.
Rəsmi qərar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 28.04.2025-ci il tarixli AİBNDA/SQ-2247/2025 nömrəli qərarı ilə qəbul edilib.
Tenderin ehtimal olunan qiyməti 21.070,00 AZN təşkil edirdi. Müsabiqənin dərc edilmə tarixi və vaxtı 19.02.2025, saat 21:11, təkliflərin son təqdim olunma tarixi və vaxtı isə 13.03.2025, saat 13:00 olmuşdur. Həmin gün saat 13:00-da təqdim olunan zərflərin açılışı nəzərdə tutulmuşdu.