Lerik Rayon İcra Hakimiyyətinin "Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədir (DSQ 11,2-ci maddə, 2-ci hal).
Ləğv etmə mətni: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 01 sentyabr 2023-cü il tarixli 3-21-1/2-17617/2023 nömrəli məktubuna əsasən.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.