Lənkəran Dövlət Universiteti açıq tenderə dəvət edir.
FED.az xəbər verir ki, elanda Lənkəran Dövlət Universitetinin H.Aslanov 50 ünvanında yerləşən yeni 2 mərtəbəli inzibati binasının tikilməsi nəzərdə tutulur.
Tender iştirakçıları https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
İştirak haqqının ödənilməsi yalnız "Asan ödəniş" vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün portal üzərindən müsabiqəyə daxil olduqdan sonra "Asan ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
İştirak haqqı - 450 (dörd yüz əlli) AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Arayış 2023-cü ilin oktyabr ayı ərzində verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); Bank arayışı 2023-cü ilin oktyabr ayı ərzində verilmiş olmalıdır.
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar).
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir).
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır (Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2023-cü ilin oktyabr ayı ərzində verilmiş olmalıdır.
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır (Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2023-cü ilin oktyabr ayı ərzində verilmiş olmalıdır.
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən);
13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə.
14. AZS ISO 9001:2020, AZS ISO 14001:2021, AZS ISO 45001:2021 sertifikatlar.
15. Digər müvafiq sənədlər (Əsas şərtlər toplusunda müəyyən edilmiş müvafiq sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 noyabr 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 14 noyabr 2023-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 15 noyabr 2023-cü il saat 17:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.