Lənkəran Dövlət Universiteti “LDU-nun 2-ci tədris korpusunun əsaslı təmiri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Elite Construction" MMC olub. Şirkətlə 3 milyon 354 min 996.35 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə daha öncə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin 637 min 795.06 manat dəyərindəki “Qəbələ və Şəki rayonlarının bir sıra təhsil müəssiələrində cari təmiri işlərinin satınalınması“ tenderi üzrə müqavilə imzalanıb (27.09.2022) .