Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b (əlaqələndirici şəxs : Dəniz Məcidlidən, telefon :(012) 4650945) nömrəli ünvandan ala bilərlər .
İştirak haqqı 300 manatdır. H/h: AZ53AİİB33010019444805754148 VÖEN: 4700664781 Bank: “Kapital Bank” ASC-nin Qusar rayon filialı Kod: 200480 VÖEN: 9900003611 M/h: AZ37NABZ 01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 yanvar 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 yanvar 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 yanvar 2018-ci il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
“Şahdağ Turizm Mərkəzi” tender elan edir
11:11
19 Dek 2017