Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi “Novruz-Bahar festivalı” adlı mədəni-kütləvi tədbirin keçirilməsi ilə əlaqədar iş və xidmətlərin, digər alışlar və xidmətlərin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Lot-1: “Novruz-Bahar festivalı” adlı mədənikütləvi tədbirin keçirilməsi ilə əlaqədar iş və xidmətlərin, digər alışlar və xidmətlərin satınalması. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi, Bakı şəhəri, İçərişəhər, V.Məmmədov küçəsi, 16 nömrəli (əlaqələndirici şəxs: Allahverdiyev Kəmbiz Çingiz oğlundan, telefon: (012) 497-64-81) ünvandan ala bilərlər. İştirak haqqı 150 manatdır. Müəssisə: Elmi-Mədəni Mərkəz VÖEN: 1700852341 Hh: AZ11IBAZ38060019446074502204 Bank: “Azərbaycan Beynəlxalq Bankı” Mərkəz filialı Коd: 805722 VÖEN : 9900001881 М/h: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. IBAZAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 fevral 2018-ci il saat 17.00 –a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 mart 2018-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi Bakı şəhəri, V.Məmmədov küçəsi, 16 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 5 mart 2018-ci il saat 11.00-da , Elmi-Mədəni Mərkəzin Bakı şəhəri, İçərişəhər, V. Məmmədov küçəsi, 16 nömrəli ünvanda açılacaqdır.
Tender komissiyası
“Novruz-Bahar festivalı” – TENDER
12:22
22 Yan 2018