“Azərişıq” SC “Şabran Aqropark”ınenerji təchizatı məqsədilə 35/0,4 kVt-lıqyarımstansiya və 35 kVt-lıq iki fazalı elektrik verilişi hava xətlərinin tikintisi üçün podratçı seçir. Bu barədə SC-dən məlumat verilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Hər lotda iştirakın dəyəri 400 manatdır.
Şirkətlərdən tender təklifləri 13 mart 2018ci il tarixinədək qəbul olunur. Tender proseduru martın 14-də baş tutacaq.