“Azərikard” MMC açıq tender elan edir
Tender 2 lot üzrə keçirilir.
Lot -1. “PCI DSS”, “Visa Inc. ACS Security” və “Visa Inc. PCI PIN Security” üzrə auditin keçirilməsi.
Lot- 2. “MasterCard Personalization” üzrə auditin keçirilməsi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı hər bir lot üçün 150 manatdır.
VÖEN:1400318341
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müştəri Xidməti Departamenti
Kod: 805250
M/h:AZ03NABZ01350100000000002944
VOEN: 9900001881
SWIFT: IBAZAZ2X
H/h: AZ79IBAZ40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs: İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Eldar Dursunovdan (012 505 21 51 (8079)) və təhlükəsizlik departamentinin direktoru Rüstəm Rüstəmlidən (012 505 21 51 (8080)) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi tender zərflərinin açıldığı tarixdən (29 mart 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 11 may 2018-ci il tarixədək) qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 22 iyun 2018-ci il tarixədək qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətlərin təqdim edilməsinə rəsmi hüququ olduğunu təsdiqləyən sənəd;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsli) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 mart 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 mart 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 29 mart 2018-ci il saat 11.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.