Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Mədəniyyət və İncəsənət Universitetinin teatr binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 30-da başlayıb. Tələb olunan sənədlər dekabrın 20-dək, tender təklifləri isə dekabr ayının 28-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 29-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | 
| 1 | Mühəndis-geodezi axtarış işləri | layihəyə uyğun | 1 | dəst | 
| 2 | Mühəndis-geoloji axtarış işləri | layihəyə uyğun | 1 | dəst | 
| 3 | Teatr binası | layihəyə uyğun | 1 | dəst | 
| 4 | Eskiz | layihəyə uyğun | 1 | dəst | 
| 5 | Qazanxana – 600000 Qkal/saat | layihəyə uyğun | 1 | dəst | 
| 6 | Nasosxana – 2,5 m3/saat | layihəyə uyğun | 1 | dəst | 
| 7 | Transformator yarımstansiyası KTY-250kva | layihəyə uyğun | 1 | dəst | 
| 8 | Yanğına qarşı su anbarı V=150m3 | layihəyə uyğun | 1 | dəst | 
| 9 | İçməli su anbarı V=150m3 | layihəyə uyğun | 1 | dəst | 
| 10 | Binada videomüşahidə | layihəyə uyğun | 1 | dəst | 
| 11 | Yanğın siqnalının avtomatik qurğuları | layihəyə uyğun | 1 | dəst | 
| 12 | Ərazinin abadlaşdırılması və yaşılaşdırılması S=0,02 ha | layihəyə uyğun | 1 | dəst | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








