Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 50 yerlik uşaq bağçasının tikintisi” tenderinin nəticələrini elan edib.
Cəbrayılda 13,5 milyon manata 85 ev tikiləcək
FED.az xəbər verir ki, tenderin qalibi “Turan İ.O.” MMC olub.
Qalib şirkətlə 1 517 217 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Qeyd edək ki, “Turan İ.O.” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Hüseyinov İldırım oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, m. 46 ünvanında yerləşir.