Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu “Çəltikçiliyin inkişafına dair nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi üçün tələb olunan texnika və laborator avadanlıqlarının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azmark Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olub.
Şirkətlə 269 984 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıda cədvəldə qeyd olunan texnika və labarator avadanlıqları satın alınacaq. Daha detallı cədvəldə :
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Plastik toxum kasetləri |
4.000 |
ədəd |
2 |
Şum aparmaq üçün kotan və torflu torpaqlarda şum aparma və hamarlama işləri üçün çizelli aqreqat |
1 |
ədəd |
3 |
Torpaq səthini hamarlayan |
1 |
ədəd |
4 |
Şitil əkən maşın |
1 |
ədəd |
5 |
Çəltik biçən kombayn |
1 |
ədəd |
6 |
Çəltik toxumu təmizləyən maşın |
1 |
ədəd |
7 |
Meteostansiya |
2 |
ədəd |