Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu növbəti tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Konsept Holdong” MMC qalib olub.
Müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.
Qalib şirkətə 720 300 manat ödəniləcək.
Qeyd edək ki, "Konsept Holding" MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əvvəl 4 iri məbləğli tenderini udub.
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 №-li yaşayış binasının tikintisi |
"KONSEPT HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
3.277.729 |
19.11.2020 |
Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli 24 mənzilli 4 №-li binanın tikintisi |
"KONSEPT HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
1.150.180 |
21.09.2020 |
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi |
"KONSEPT HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
3.824.097 |
29.07.2020 |
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binasının tikintisi |
"KONSEPT HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
2.880.960 |
24.04.2020 |