Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon şöbəsi üçün yeni inzibati binanın tikintisinin satınalınması ilə əlaqədar açıq tender elan edir.
FED.az rəsmi mətbuata istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 22 yanvar 2019-cu il saat 17:00-a kimi Zaqatala şəhəri, F.Əmirov küçəsi 173 nömrəli ünvanda təqdim etməlidirlər.
Zərflər ertəsi gün saat 14:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir.