Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün tikiləcək 95 ev üçün keçidiyi tenderlərin qalibini açıqlayıb.
Eləcə də bax: Məcburi köçkünlər üçün yeni binalar tikiləcək - MÜQAVİLƏ İMZALANDI
FED,az xəbər verir ki, tenderin qalibləri "Perlit" MMC, "K.E.-Inşaat" MMC, "Interenerqo" Müəssisəsi, “Kür-araz şirkəti” MMC, "Azəri servis LTD" MMC olub.
Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu:
"PERLİT" MMC ilə 45 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 315 min 980 manat;
"K.E.-İNŞAAT" MMC ilə 50 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 453 min 928 manat;
"İNTERENERQO" MÜƏSSİSƏSİ ilə xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün 906 min 842 manat;
“KÜR-ARAZ ŞİRKƏTİ” MMC ilə qaz, su təchizatı və suvarma sisteminin tikintisi üçün 1 milyon 037 min 203 manat;
"AZƏRİ SERVİS LTD" MMC ilə abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi üçün 1 milyon 339 min 925 manat məbləğində müqavilə bağlayıb.