Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlər üçün yeni qəsəbənin salınması üçün tenderlər elan edib.
Eləcə də bax: Bakıda yeni - SANATORİYA TİKİLƏCƏK
FED.az xəbər verir ki, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbə tikiləcək. Fond evlərin tikintisi, qaz, su, elektrik xətlərinin çəkilməsi və abadlıq, yol-küçə şəbəkəsi üçün tenderlər elan edir.
Elan olunmuş tenderlər aşağıdakılardır.
Tender1. 45 ədəd fərdi yaşayış evlərinin tikintisi;
Tender2. 50 ədəd fərdi yaşayış evlərinin tikintisi;
Tender3. xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi;
Tender4. qaz, su təchizatı və suvarma sisteminin tikintisi;
Tender5. abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi.