Azərbaycanda köçkün rayonun icra hkimiyyəti bahalı avtomobilin alınması üçün tender elan edib. FED.az TENDER xəbər verir ki, Kəlbəcər rayon İcra hakimiyyətinin elan etdiyi tender Rayon İcra Hakimiyyəti başçısı aparatına 1 ədəd «MERSEDES BENZ S350» xidməti minik avtomobilinin alınmasına aiddir.
Eləcə də bax: Azərbaycanda avtomobil kreditlərində ilkin ödəniş - AZALDILACAQ
Qeyd edək ki, adı çəkilən avtomobilin qiyməti təqribən 150-177 min dollardır.
Tenderin şərtlərinə görə, iştirakçılar təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu, tender elanının qəzetdə çıxdığı gündən etibarən Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış məhəlləsi ünvanından ala bilərlər.
Eləcə də bax: «Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə – RƏQİB GƏLİR – DAHA UCUZ, GÖSTƏRİCİLƏR
İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
—tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
—tenderdə iştirak haqqının ödənilməsinə dair bank sənədi;
—tender təklifi;
—tender təklifinin 1 (bir) faizi həcmində bank təminatı;
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayışlar;
—iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
—iddiaçıların müvafiq malları üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 2 avqust 2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərfdə 14 avqust 2019-cu il saat 17:00-a qədər təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 15 avqust 2019-cu il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.