Kiçik Və Orta Biznesin İnkişafı Agentliyi “Beyləqan-İmişli Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, Mərkəzdə Beyləqan, İmişli və ətraf rayonlardan olan KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə dekabr ayının 16-da başlayır. Tələb olunan sənədlər yanvarın 13-dək, təkliflər isə yanvarın 23-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 24-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti 134
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Layihə meneceri (1 nəfər) |
12 |
ay |
|
2 |
Koordinator (1 nəfər) |
12 |
ay |
|
3 |
Təlimçi xidməti (3 saat olmaqla 200 təlim) |
200 |
ədəd |
|
4 |
Ekspertin məsləhət xidmətləri (3000 saat) |
3000 |
ədəd |
|
5 |
Təlim materiallarının hazırlanması və paylanması (A4, 10 vərəq) |
9 mövzu üzrə |
500 |
ədəd |
6 |
Mərkəzin Bukletinin hazırlanması (A4, 170 qr) |
500 |
ədəd |
|
7 |
Sertifikatların hazırlanması və çapı |
500 |
ədəd |