Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kağız və karton məlumatları və onlardan hazırlanan birdəfəlik məişət məhsullarının istehlakı mövzusuna dair daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 16.03.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - mənfəət vergi bəyannaməsi;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - bank arayışı;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış;
Nizamnamə - nizamnamə (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə);
Qeydiyyatdan keçdiyi ölkə - dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və VÖEN;
Rekvizitlər - bank hesabı (rekvizitləri), hüquqi və faktiki ünvanı - rəsmi blankda.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nihad Axundov / Korporativ xidmətlər departamentinin Təchizat şöbəsinin müdiri
Əlaqə: [email protected] / (012) 404 04 01