Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) taxta taraya tələbatın öyrənilməsi məqsədilə daxili bazar araşdırmasının aparılması üçün şirkət seçir.
FED.az xəbər verir ki, bu məqsədlə agentlik müvafiq tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
Təkliflər 7 mart saat 11:00-dək qəbul olunur. Tender proseduru 9 mart saat 11:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Emin Xanlarov; telefon: (012) 404-04-01;
email: [email protected].
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.