Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırması layihələri ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında 52,6 min dəyərində 4 müqavilə bağlayıb.
Eləcə də bax: KOBİA tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, “Sage Solutions” MMC ilə ümumilikdə 19,6 min manat dəyərində iki müqavilə bağlanıb.
Müqavilələrə əsasən, “Sage Solutions” MMC “Elektron ticarət” və “Tibbi əlcəklərin istehsalı” layihələri üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidməti göstərəcək. Müqavilələrin hər birinin dəyəri 9,8 min manatdır.
“Alliance Consulting Group Azerbaijan” MMC ilə “Birdəfəlik karton istehsalı ilə bağlı daxili bazar istehlakının öyrənilməsi” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 17 min manatdır.
“Real Prays” MMC ilə “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması haqqında 16 min manat dəyərində müqavilə bağlanıb.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir. (İnterfaks)